Xəbər lenti

İranın Rabitə naziri Məhəmməd Cavad Azəri Cahromiyə məktub
Zaur Əliyev
phrase_var_qaynar. 22:36 11.12.2020

İranın Rabitə naziri Məhəmməd Cavad Azəri Cahromiyə məktub

Ərdoğanın Bakıda söylədiyi şeirdən sonra İranda fars rejimi yaman əl ayağa düşüb və onlar Arazın şimalının onlar məxsus olduğunu iddia edirlər. Hətta İran Rabitə naziri Məhəmməd Cavad Azəri Cahromi irəli gedərək saxta bir xəritə paylaşaraq, guya Səfəvilərin İran dövləti olması və şimali Azərbaycanın da onlara aid olmasına ehyam vurur.
 

 
Cənab Azəri Cahromi sizə bir balaca tarix dərsi keçək...

Səfəvilərdə "Fars" sözü əsasən vilayət adı olaraq istifadə olunmaqla birlikdə, bu gün bizim istifadə etdiyimiz millət adı kimi isə "tacik" ifadəsi daha geniş istifadə edilirdi. Venesiyalı d'Alessandirinin sözləri də bu fikri təsdiqləməkdədir. Taciklər (farslar) sarayda söz haqqına sahib deyildilər, şah onları dəvət etmədiyi müddətcə fikirlərini söyləmə haqları yox idi. Onlar yüksək məqam sahibi olsalar da, sultan ola bilməzdilər. Əyan olmalarına baxmayaraq, hərbi vəzifələrə təyin edilmirdilər.

Cənab Azəri Cahromi

Qeyd edim ki, Qızılbaş bəyləri farslara (taciklərə) xor baxırdılar, onları hərbi işlərə qarışmağa layiq olmayan aşağı sinif nümayəndələri kimi görürdülər. Bir sözlə, fars kimi bu gün özünü qələmə verən taciklər Səfəvi xəndanında heç bir söz və güc sahibi də deyildilər. Onlar böyük imperiyada sadəcə başlarını aşağı salıb, işlərini görən zümrə idilər...
 
Sual verə bilərsiz ki, niyə Səfəvilərə dair əlimizdə olan sənədlərin hamısı farscadır? 

İzah edim, Şah Abbas dövründən başlayaraq türk əmirləri arasında başlanan narazılıq saraya da təsir elədi. Paytaxt Təbrizdən İsfahana köçürüldü və bu köçürülmə zamanı dəftərxana işlərində olan fars-taciklər tərəfindən bütün türk dilində olan sənədlər və əlyazmalar məhv edilib. Necə ki, ruslar Azərbaycanı işğal edəndən sonra türk dilində və əski əlifbada olan arxivləri məhv etdilər, farslar da o sənədlərin çoxunu məhv etdilər. Amma buna baxmayaraq, xəndana daxil olan ailələrdən bəziləri bu sənədləri qoruyublar və indi bizim onlara çıxışımız var, əksəriyyəti əlimizdədir...

Cənab Azəri Cahromi!

Sizi əmin edirəm ki, orta əsr ərəb və fars qaynaqlarında İran coğrafi anlayış kimi göstərilsə də, bu "dövlətin” siyasi hüdudları və sərhədləri haqqında heç bir məlumat verilmir. Hətta Avropa mənbələrində "Persia” kimi təqdim olunan bu coğrafi ərazinin siyasi hüdudları haqqında heç bir məlumat yoxdur. Bəzi fars qaynaqları İran şəhərləri haqqında məlumat verərkən belə yalnız Fars vilayətinə məxsus olan şəhərləri qeyd edirlər.

Cənab Azəri Cahromi!

Mən illərdi İran tarixçilərinin əsərlərini incələyirəm və İran tarixçiləri də Səfəvi dövlətini müasir İran dövlətinin sələflərindən biri olduğu fikrini qəbul etmir, əksinə Səfəvi dövlətinin fars dövlətçilik sisteminə, fars mədəniyyətinə böyük zərbə vurduğunu qeyd etməkdən çəkinmirlər. Fars tarixçisi Nəsrulla Fəlsəfini oxusanız buna əmin ola bilərsiz...

Cənab Azəri Cahromi!

Ərdoğan şeiri elə-belə deməyib. Türkiyə və Azərbaycan tarixşünaslığında kifayət qədər sübut və dəlil var ki, İran adlanan dövlətin, farsların Səfivlərə heç bir aidi yoxdur. Ona görə Bəxtiyar Vahabzadənin bu şeirini təkcə Şimali Azərbaycan deyil, Cənubi Azərbaycanda 35 milyonluq xalq deyəcək:

Arazı ayırdılar,
Qan ilə doyurdular,
Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdılar

Zaur Əliyev, dosent

Oxşar xəbərlər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->