Xəbər lenti

Dünya 19:13 05.09.2022

İranın Rusiyaya verdiyi PUA-lar Ukraynaya ciddi təhlükədirmi? – USQ-dən cavab

Ukrayna Hərbi Hava Qüvvələri pilotsuz təyyarələrin vurulmasında böyük döyüş təcrübəsinə malikdir və Rusiyanın İrandan aldığı hücum pilotsuz təyyarələri də digər Rusiya PUA-larının taleyini yaşayacaq.

Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bunu Espresso telekanalının efirində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının spikeri Yuri İqnat deyib.

"Bunlar kifayət qədər çox silah daşıyan zərbə PUA-larıdır: bu dronun yükü əslində bizim Bayraktarın yükündən3 dəfə çoxdur (istehsalçının tələbi ilə). Bununla belə, biz görənə qədər ilkin nəticələr çıxarmaq istəməzdim. Necə deyərlər: cəhd etməlisən”, - deyə o izah edib.

İqnat qeyd edib ki, bu PUA-lar Ukrayna zenit-raket qüvvələri tərəfindən vurulacaq ümumi hədəf olacaq. "İndi "Orlan”larla - Rusiya "Forpost”ları ilə olduğu kimi. Düzəliş edilməli olan yeganə şey odur ki, bu, müasir zərbə vuran drondur. Amma biz onun istehsalının keyfiyyətini bilmirik, çünki İran sanksiyaalr altında olduğuna görə onu tamamilə vicdanla deyil, qaçaqmalçılıq yoluyla istehsal edib”, - İqnat bildirib.

O qeyd edib ki, bəzi məlumatlara görə, Rusiyada İrana məxsus yüzlərlə pilotsuz təyyarə olacaq, lakin bu qədər çox olacağına şübhələr var. "Üstəlik, bu pilotsuz təyyarəni idarə etmək asan iş deyil. Ekipajlar (ən azı iki nəfər - red.) uçuş praktikasından, döyüş koordinasiyasından keçməli, yer hədəflərini necə vurmağı öyrənməlidir. Ümid edək ki, o, çox yaxşı hazırlanmayıb və bizim zenitçilərimiz düşmənin bütün digər PUA-ları kimi onları da vuracaq”, - deyə o, fikrini yekunlaşdırıb.

UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, avqustun 31-də ABŞ Dövlət Departamenti Rusiyanın İrandan pilotsuz təyyarələr alması ilə bağlı məlumatı təsdiqləyib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->