
Nüvə proqramının dayandırılacağı təqdirdə beynəlxalq sanksiyaların yumşaldılacağı məsələsində Qərblə razılığa gələn İran gəlirlərini geri almağa başlayıb.
Qaynar.info xəbər verir ki, İran xarici işlər nazirinin köməkçisi Abbas Əqarçı ölkənin nüvə razılaşmasından sonra ilk dəfə öz nəğd pullarına qo vuşduğunu deyib.
Əraqçı, "500 milyon dollar İsveçrədə bank hesabına yatırılıb. Hər şey müqaviləyə uyğun olaraq aparılıb" deyib.
Əksəriyyəti İranın neft gəlirlərinə aid olan pullar ABŞ və Avropa Birliyi ölkələri tərəfindən tətbiq olunan sanksiyalar nəticəsində dondurulmuşdu.
Yanvarın 20-də əldə olunan razılaşmaya görə, İran 2014-cü ilin ilk 6 ayında Qərb ölkələrindəki banklarda dondurulan 4.2 milyard dolları mərhələli şəkildə ala biləcək.
Qaynar.info