Xəbər lenti

İranın vahimə yaradan yeni silahı: Blef, yoxsa...? (ŞƏRH)
Dünya07:42 07.06.2023

İranın vahimə yaradan yeni silahı: Blef, yoxsa...? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu, İranın növbəti blefidir. Azərbaycan, Türkiyə, İsrail kimi yaxın dövlətlərə hədə-qorxu gəlməyə hesablanmış addımdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi ekspert Qulamhüseyn Əlibəyli Tehranın yeni balistik raketlərə yiyələndiyi barədə məlumatı şərh edərkən deyib.
"İran Azərbaycan, Türkiyə, İsrail kimi ətraf dövlətlər qarşısında özünün böyüklüyünü göstərmək, onları şantaj etmək, qorxu yaratmaq üçün belə balistik raketlərə malik olduğunu iddia edir. Bir neçə ay bundan əvvəl İranda keçirilən hərbi təlimlərdə göstərilən hərbi texnikaların əksəriyyəti köhnə rus texnikaları idi. Düşünümürəm ki, İran ultrasəsli balistik raketlər istehsal etmək gücündə olsun. Amma hətta İran bu silaha malik olsa belə, onun radarlar vasitəsilə aşkar edilməsi və vurulması mümkün olan məsələdir. Müasir hava hücumundan müdafiə sistemləri istənilən raketi aşkarlamaq gücündədir. İran qonşuları qarşısında özünün hərbi üstünlüyünü sübut etmək istəyir. Bu fonda da ultrasəs balistik raketlərə malik olduqlarını uydurur”,- deyə Q. Əlibəyli fikrini yekunlaşdırıb.
Qeyd edək ki, İranın Müdafiə Nazirliyi sürətinin səsin sürətindən 15 dəfə çox olduğu iddia edilən "Fəttah” raketini təqdim edib. İran dövlət  televiziyası bildirib ki, bu raket 1400 km-ə qədər məsafə qət edə bilir. Hesabatda həmçinin iddia  edilib ki, raket istənilən regional raketdən müdafiə sistemindən keçə bilər, baxmayaraq ki, bunu təsdiqləyən heç bir sübut təqdim edilməyib. 
Rüfət Sultan