
İran vitse-prezidenti səhhətindəki problemlərlə əlaqədar istefaya gedib.
Ans press-in xarici mətbuata istinadən verdiyi məlumata görə, İran Prezidenti Həsən Ruhani İran Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri, vitse-prezident Məhəmmədəli Nəcəfinin istefasını qəbul edib.
Məhəmmədəli Nəcəfi istefa məktubunda vəzifəsinin icrası zamanı bir az stress hiss etdiyi qeyd edib.
Məlumatlara görə, Nəcəfinin istefasını Həsən Ruhani istəyib. Eyni zamanda İran prezidenti Nəcəfini yeni vəzifəyə təyin edib. Yeni təyinata görə, Nəcəfi bundan sonra İran prezidentinin müşaviri və iqtisadi məsələlər üzrə koordinasiya şurasının katibi vəzifəsini icra edəcək.
Qaynar.info