Cavad Zərifin istefasının prezident Həsən Ruhani tərəfindən qəbul edilmədiyi bildirilir.
Qaynarinfo xəbər verir ki, İran Prezident Aparatının rəhbəri
Mahmud Vaizi Ruhaninin istefanı qəbul etməsi ilə bağlı iddiaları rədd edib.
İran Parlamenti Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Həşmətulla Fəlahətpişə Zərifin daha əvvəl bir neçə dəfə istefa verdiyini, lakin ictimaiyyətə açıqlamadığını bildirib. Onun istefasını paylaşması bu qərarının Ruhani tərəfindən qəbul edilməsini istəməsi ilə əlaqələndirilir. Fəlahətpişə Cavad Zərifin bu addımı üçün səbəb olmadığını, ancaq şəxsi səbəblərə görə istefa verə biləcəyini deyib.
***08.59
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa verib.
Qaynarinfo İran mediasına istinadən xəbər verir ki, XİN başçısı qərarını "Instagram”da açıqlayıb.
"İranın əziz və cəsarətli xalqı və hakimiyyəti son 67 ay ərzində mərhəməti üçün çox sağ olsun. Mən xidməti davam etməyə qadir olmadığıma və xidmət zamanı bütün çatışmazlıqlara görə səmimi şəkildə üzr istəyirəm", deyə Zərif yazıb.