İranın xüsusi xidmət orqanları bazar günü ölkənin şimalındakı Mazandaran əyalətində terror aktı hazırlamaqda şübhəli bilinən 4 nəfəri saxlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Tasnim" agentliyi kəşfiyyat məlumatlarına istinadən informasiya yayıb.
Agentliyin məlumatına görə, şübhəlilər hücumun təşkilində ittiham olunurlar. Onların mülki şəxslərə qarşı qumbaraatan və əldəqayırma partlayıcı qurğulardan istifadə etməyə hazırlaşdığı güman edilir. Digər təfərrüatlar hazırda verilmir.
Aydın