Xəbər lenti

İranın yeni prezidenti Qərbi ittiham etdi
Dünya09:44 13.07.2024

İranın yeni prezidenti Qərbi ittiham etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qərb İranın dinc nüvə proqramı ətrafında qəsdən böhran yaradıb, Tehran Vaşinqtonu öz yanaşmasını dəyişməyə çağırır".
Qaynarinfo xəbər verir ki, bunu İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian "Tehran Times" qəzetinə yazdığı məqalədə bildirib.
"Birləşmiş Ştatlar və onun Qərb müttəfiqləri İranın sülhməramlı nüvə proqramı ilə bağlı böhran yaratmaq üçün nüvə silahının yayılmaması rejimindən qəsdən istifadə ediblər", deyə dövlət başçısı vurğulayıb.
Eyni zamanda o qeyd edib ki, Birləşmiş Ştatlar İsrailin nüvə arsenalını dəstəkləyir.
İran prezidenti bildirib ki, dövlətin müdafiə doktrinasında nüvə silahı ilə bağlı müddəalar yoxdur. Pezeşkian Vaşinqtonu İranın nüvə proqramı ilə bağlı siyasətini dəyişməyə çağırıb.
Aydın