
İranın yeni prezidenti Həsən Ruhani ölkənin mübahisəli nüvə proqramı səbəbindən əlaqələri gərginləşən supergüclərlə konstruktiv münasibətlər quracağını açıqlayıb.
APA-nın məlumatına görə, H. Ruhani bildirib ki, xarici siyasətdə mülayimlik nə təslim olmaq, nə də meydan oxumaqdır: “Bu, dünya ilə konstruktiv və təsirli əlaqə qurmaq deməkdir”.
O bildirib ki, fərqli siyasi fikirləri malik kabinet quracaq: “Hələlik yeni kabinetdə kimlərin olacağı ilə bağlı qərar alınmayıb. Mətbuatda bununla bağlı dərc olunmuş xəbərlər yalnız ehtimallardır. Hazırda yeni kabinetin formalaşdırılması üçün öz ətrafım və müxtəlif siyasi qruplarla danışıqlar aparırıq”.
Qaynar.info