İranın Sistan və Bəlucistan vilayətinin inzibati mərkəzi olan Zahedan şəhərində etiraz aksiyası keçirilib.
İranlı fəalların Qaynarinfo-ya verdiyi məlumata görə, Zahedanda keçirilən aksiya sentyabrın 30-da baş vermiş və "Qanlı cümə” kimi yadda qalan hadisə ilə əlaqədar olub.
Məlumat üçün deyək ki, sentyabrın 30-da Zahedan şəhərində 22 yaşlı Məhsa Əminin ölümü və bəluclu azyaşlı qızın polis rəisi tərəfindən zorlanmasına etiraz olaraq aksiya keçirilib. İranın təhlükəsizlik qüvvələri aksiya iştirakçılarını gülləbaran edib. Nəticədə 90 nəfər ölüb.
Zahedan şəhərinin sünni imam cüməsi Mövləvi Əbdülhəmid bununla əlaqədar İranın ali rəhbəri Seyid Əli Xamneyiyə müraciət edərək aksiya iştirakçılarını gülləbaran edən təhlükəsizlik qüvvələrinin əməkdaşlarının cəzalandırılmasını tələb edib. Lakin müraciətin faydası olmayıb.
Bu gün Zahedanda insanlar küçərələr çıxaraq, yenə oxşar tələblər səsləndiriblər. Onlar eyni zamanda bəluclu qızı zorlayan polis rəisinin də cəzalandırılmasını tələb ediblər.
Hakimiyyət həmin polis rəisini sadəcə işdən çıxarmaqla kifayətlənib. Etirazçılar isə onun qanunla cəzalandırılmasını tələb edirlər. Təcavüzün cəzası isə edamdır.
Zahedan şəhəri sünnilərin kompakt yaşadığı şəhərdir. Bəzi iddialara görə, onların ölkədə gərginliyin olduğu bir dönəmdə xüsusi diskrimnasiyaya məruz qalması məzhəb qarşıdruması yaratmağa xidmət edir. Teokratik rejim etirazları yatırmaq üçün baş verənləri xarici qüvvələrin işi, təkfirçi görüşlərin təzahürü kimi qələmə verməyə çalışır. Bu baxımdan, hakimiyyətə lokal məzhəb qarşıdurması lazımdır.
Seyid