Xəbər lenti

İranla 5+1 ölkələri arasındakı gizli müqavilə ortaya çıxdı - MƏTN
Dünya09:51 17.01.2014

İranla 5+1 ölkələri arasındakı gizli müqavilə ortaya çıxdı - MƏTN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İranla 5+1 ölkələri arasında bağlanmış gizli müqavilənin mətni Ağ Ev tərəfindən açıqlanıb.

Qaynar.info
xəbər verir ki, yanvarın 20-də ratifikasiya olunacaq müqvilənin detallarının açıqlanması üçün ABŞ Konqresi ciddi təzyiqlər edirdi. Bununla bağlı açıqlama verən Ağ Ev mətbuat katibi Cey Karney, "Müqavilənin gizli qalmasını biz yox, Beynəlxalq Atom Enerjisi Təşkilatı istədi" deyib.

Konqres və bəzi qrupların təzyiqindən sonra Ağ Ev yanvarın 20-də ratikfikasiya olunacaq müqavilənin 4 səhifəlik hissəsini yayımlayıb.

Ağ Evin yayımladığı mətnə görə, İran yanvarın 20-dən etibarən uranı 20 faiz zənginləşdirilməsini dayandıracaq və indiyə qədər zənginləşdirdiyi uranın ləğvinə başlayacaq.

5+1 ölkələri ilə İranın razılaşdığı Ortaq Planın həyata keçirilməsinə nəzarət etmək üçün UAEK-lə birlikdə ortaq komissiya yaradılacaq. Həmin komissiya iki tərəfin ekspertlərindən ibarət olacaq.

UAEK müfəttişləri Natanz və Fordo uran zənginləşdirmə bazalarını hər gün təftiş edəcək və bu səfərlərin bir qismi qapalı, bir qismi isə əvvəlcədən xəbər verilmədən ediləcək. Müfəttişlər Arak reaktorunu da ayda bir dəfə yoxlayacaq.

İranın atacağı addımlara cavab olaraq 5+1 ölkələri İranın yoluna qpyulan maneələri zəiflədəcək. Sanksiyalardakı qadağaların götürülməsi həcmi 6-7 milyard dollar olacaq. İranın sanksiya altında olan 4.2 milyard dollarlıq fondlarına 6 ay ərzində hissə-hissə girmək imkanı veriləcək.

Qaynar.info