Xəbər lenti

İranla Əfqanıstan arasındakı bütün sərhəd məntəqələri açıqdır
Dünya18:44 21.08.2021

İranla Əfqanıstan arasındakı bütün sərhəd məntəqələri açıqdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran-Əfqanıstan sərhədindəki bütün keçid məntəqələri açıqdır və işlək vəziyyətdədir.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bunu İran gömrüyünün rəsmi nümayəndəsi Seyid Ruhullah Lətifi bildirib.
"Milak sərhəd-keçid məntəqəsi də daxil olmaqla Əfqanıstanla bütün sərhəd məntəqələri açıqdır, iki ölkə arasında ticarət sərhəd məntəqələri vasitəsi ilə həyata keçirilir”, Seyid Ruhullah deyib.
Avqustun 10-da İran-Əfqanıstan Ticarət Palatasının rəhbəri Hüseyn Səlimi Əfqanıstanda təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda iki ölkə arasında ticarətin tamamilə dayandırıldığını söyləmişdi.