Xəbər lenti

İranlı aktrisa 6 il azadlıqdan məhrum edildi - Teokratik rejim repressiyaları davam etdirir
Dünya10:05 21.01.2023

İranlı aktrisa 6 il azadlıqdan məhrum edildi - Teokratik rejim repressiyaları davam etdirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda 22 yaşlı Məhsa Əminin polis bölməsində ölümünə etiraz olaraq keçirilən aksiyalara dəstək verdiyinə görə həbs edilən akstirsa Şiva Şabani 6 il azadlıqdan məhrum olunub.
Qaynarinfo İrna mənbələrinə istinadən xəbər verir ki, Şiva Şabani barəsində hökmü Tehran İnqilab Məhkəməsi çıxarıb.
Aktrisa "toplaşmaq və milli təhlükəsizliyə qarşı sövdələşmə” ittihamı ilə 5 il, "hakimiyyət əleyhinə təbliğat” ittihamı ilə isə 1 il həbs cəzasına məhkum edilib. 
Məhkəmə həmçinin Şiva Şabaniyə 2 il səyahət, siyasi təşkilatlara üzv olmaq, mediada və virtual məkanda çıxış etmək, teatr və kino sahəsində fəaliyyət qadağası tətbiq edib.
Şiva Şabanı noyabr ayında həbs edilib. Sonradan girov müqabilində azadlığa buraxılıb. 
İranlı fəallar bildirir ki, aktrisa apellyasiya şikayəti verəcək. Əgər birinci instansiyanın hökmü qüvvədə saxlanılarsa, o zaman İslam Cinayət Məcəlləsinin 134-cü maddəsi tətbiq edilməklə aktrisaya qəti olaraq 5 il azadlıqdan məhrumetmə cəzası təyin ediləcək.
Şiva Şabani aksiyalarda həbs edilən çoxsaylı mədəniyyət xadimlərindən biridir. 
Seyid