Xəbər lenti

İranlı ayətullahlar: "3G haramdı"
Dünya10:22 22.02.2013

İranlı ayətullahlar: "3G haramdı"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda bir müddət əvvəl fəaliyyətə başlayan 3G telefon operatoru "Rightel"in görüntülü xidməti ölkədəki Ayətullahların narazılığına səbəb olub.

Qaynar.info-nun məlumatına görə, internet qoşulmasının sürətli olması ilə məşhurlaşan operator İranın din adamlarını və radikal siyasətşilərinin tənqid hədəfi olub. Nasir Məkarim Şirazi, Hüseyn Nuri Həmədani, Cəfər Sohbani və Seyid Səccad Ələvi Qorqani adlı 4 ayətullah "Rightel"in qadağan olunması üçün fətva veriblər.

Ayətullah Məkarim Şirazi "Rightel"in yaratdığı çöküşün onun faydasından çox olduğunu və onun yoldan çıxmış cəmiyyəti bir daha yoldan çıxaracağını deyib. Ayətullah Qorqani də görüntülü danışıq xidmətinin cəmiyyətin iffətinə zərbə vuracağını söyləyib.

İranlı radikallar da "Rightel"ə qarşı bir internet saytı yaradıblar. "Rightel serabı" adlı saytdakı şərh yazısında, "Hamıya tiryək verib, sonra da deyirlər ki, bundan ağıllı şəkildə istifadə edin" yazılıb. Yazıda görüntülü danışığın ailə həyatına zərbə vuracağı qeyd olunub.

Qaynar.info