Xəbər lenti

İranlı deputat: Killer tutub Tramp və Pompeonun öldürtdürə bilərik
Dünya11:05 15.08.2022

İranlı deputat: Killer tutub Tramp və Pompeonun öldürtdürə bilərik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Cavad Kərimi Quddusi verdiyi açıqlamada İranın ABŞ-dakı "fərdlərə” pul ödəməklə ABŞ-ın keçmiş prezidenti Donald Tramp və keçmiş xarici işlər naziri Mayk Pompeonu öldürtdürə biləcəkləriylə hədələyib. 
Qaynarinfo bu barədə İranın İLNA agentliyinə istinadən xəbər verir.
Quddusi onların ikisinin də general Süleymaninin qətlində əli olduğunu bildirərək, onun qisasının alınmasının vacib olduğunu deyib.
Kərimi Quddusi İLNA xəbər agentliyinə bu gün, bazar ertəsi, avqustun 15-də deyib ki, İran Tramp, Pompeo və ya ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton kimi insanlara sui-qəsd etmək üçün Birləşmiş Ştatlara qoşun göndərməyə ehtiyac duymur, ancaq  uzaqdan əmr verib Amerikadakı "qanqsterlərə” pul verərək bu sui-qəsdləri həyata keçirə bilərik.
Bununla belə, İran parlamentinin deputatı İranın Con Boltona sui-qəsd etmək üçün İrandan adam göndərdiyini təkzib edib.
Aydın