Xəbər lenti

İranlı general hərbi variantdan danışdı
Dünya12:46 05.10.2013

İranlı general hərbi variantdan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: “Hərbi variant kəlməsi artıq pas atıb”

“Bu gün hərbi variant kəlməsi artıq pas atıb”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Seyid Həsən Firuzabadi deyib.

H. Firuzabadi İsrailin baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasının 68-ci sessiyasında İran əleyhinə çıxışını çarəsizlik kimi qiymətləndirib: “Bu şəxs BMT-də özünü müharibə tərəfdarı kimi tanıdaraq və təhdidlər yağdıraraq öz çarəsizliyini nümayiş etdirdi”

Baş Qərargah rəisi bildirib ki, İran xalqı yumşaq mövqe nümayiş etdirməklə ağıl və məntiqlə hərəkət etdiyini göstərir: “Ona görə də İran xalqı bu səhnədən zəfərlə çıxacaq”. 

Qaynar.info