Xəbər lenti

İranlı hakerlər İsrailin dəmir yolu serverlərinə hücum etdi
Dünya12:10 31.07.2020

İranlı hakerlər İsrailin dəmir yolu serverlərinə hücum etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın "Kiber intiqamçılar" adlı haker qrupunun İsrailin dəmir yollarına aid 150-dən çox serveri hədəf alan kiber hücum gerçəkləşdirdiyi iddia edilib.
Qaynarinfo xəbər verir ki, bu iddia ilə sözügedən haker qrupu İran İnqilab Keşikçiləri Ordusu ilə əlaqəli teleqram kanallarında yazılı açıqlama verib. 
"Kiber İntiqamçılar 14 iyul 2020-ci il tarixdə saat 01:20-də (İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general Qasım Süleymaninin öldürüldüyü saat) 28 qatar və metro stansiyasındakı 150 serverə böyük kiber hücum əməliyyatı başlatdı", - deyə açıqlamada qeyd olunub.
Hücumlar nəticəsində əsas server və kompüterlərə sızmağı bacardıqlarını iddia edən iranlı hakerlər stansiyalardakı təchizatlara ciddi zərər verildiyini bildiriblər.
Qüds, Təl-Əviv, Aşdod, Siderot şəhərlərindəki stansiyalar da daxil olmaqla hədəf alınan 28 stansiyanı göstərən İsrail dəmiryolu xəttinin xəritəsi də açıqlamada paylaşılıb.
Qeyd edək ki, İranlı hakerlər daha əvvəl də İsrailin təmiz su müəssisələrinə kiberhücum gerçəkləşdirmişdilər. May ayında isə İran ölkənin cənubundakı Şəhid Rəcai Limanına xarici hakerlər tərəfindən hücum olduğunu elan etmişdi.
Camal