Xəbər lenti

İranlı jurnalist öldürüldü
Dünya07:12 21.08.2013

İranlı jurnalist öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İranlı jurnalist Suriyada həlak olub.

 APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Hadi Bağbani Suriya böhranına həsr olunmuş sənədli film çəkmək üçün Dəməşq şəhərinə səfər edibmiş.

 O, avqustun 19-da Dəməşqdə Suriya ordusu ilə “ən-Nüsra” cəbhəsi arasında baş verən silahlı qarşıdurma zamanı öldürülüb. Artıq H.Bağbaninin cənazəsi İrana gətirilib.

 Bu gün Tehranda keçiriləcək xüsusi cənazə mərasimindən sonra dəfn edilməsi üçün doğulduğu Babolsər şəhərinə göndəriləcək.

Qaynar.info