
İranlı millət vəkili Əlaəddin Burucerdi Hatayda baş verən terror aksiyasından sonra verdiyi açıqlamasında Türkiyənin Suriya siyasətinə yenidən baxmasının vacibliyini deyib.
Qaynar.info-nun məlumatına görə, Press TV-yə açıqlama verən Burucerdi Türkiyənin Suriya ilə bağlı siyasətinin utancverici olduğunu söyləyərək, bu siyasətin dəyişdirilməsinin vacibliyini qeyd edib.
Millət vəkili, "Türk hökuməti Suriya siyasəti üzərində yenidən düşünməli və bölgədəki sabitlik və sülh istəyən İran kimi ölkələrlə əməkdaşlıq etməlidir" deyib.
Qaynar.info