İraq hökuməti ABŞ qoşunlarının ölkədən çıxmasını istəmir.
Qaynarinfo interfax-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin yüksək vəzifəli şəxslərindən biri belə deyib. Onun sözlərinə görə,
İraq hökumətində bir nəfər belə olsun parlamentin qərarının icra edilməsini istəmir.
Diplomat qeyd edib ki, belə olduğu təqdirdə İraq parlamentinin bundan sonrakı hərəkətlərini təsəvvür etmək çətindir, lakin qəbul edilmiş qətnamənin məcburi olmayacağı mümkündür.
Xatırladaq ki, bazar günü İraq parlamenti bütün xarici qüvvələrin ölkədən çıxarılması ilə bağlı qətnamə qəbul edib. Buna səbəb Bağdadda İran İnqilabı Keşikçiləri Korpusunun Qüds qanadının komandanı general Qasım Süleymaninin və iraqlı hərbçi lider Əbu Mehdi əl-Mühəndisinin ölümünə səbəb olan əməliyyat idi. Hazırda İraqda 5200 ABŞ əsgərinin olduğu deyilir.
Camal
Şərhlər