
İraq ordusu Kərkükün qərbində yerləşən Havice bölgəsini İŞİD terror qrupundan qurtarmaq üçün əməliyyatlara davam edir.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ordu birlikləri artıq ərazinin mərkəzinə çatmaq üzrədir. İndiyə qədər 14 kənd terrorçulardan azad edilib. 19 sentyabrda start götürən əməliyyatda 132 terrorçu öldürülüb, 300 nəfər isə təslim olub.
Terrorçu qrupun üzvləri bomba yüklü maşınları partladaraq müqavimət göstərməyə çalışır. İraq ordusu bu günə qədər çox sayda nəqliyyat vasitəsini məhv edib.
Gülşən
Qaynarinfo.Az