
İraq ordusu İraq Kürd Bölgə İdarəsinin əlində olan və mübahisəli hesab edilən ərazilərdə idarəçiliyi tamamilə bərqərar etdiyini açıqlayıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, bir neçə gün əvvəl peşmərgə qüvvələrinin olduğunu ərazilərdə əməliyyatlara start verən ordu prosesi uğurla yekunlaşdırılıb.
Kərkükün Təhlükəsizliyini Təmin Etmə Əməliyyatının komandirliyi yazılı açıqlama ilə çıxış edərək "Kərkükün tamamında təhlükəsizlik təmin edilib. Dibis, Multeka bölgələrində, Cənubi Bay Həsən, Şimali Bay Həsən və Həbbaz neft sahələrində nəzarət təmin edilib. Diyalaya bağlı Hanekin, Cəlvəla, Mahmur, Başika və Mosul anbarında, həmçinin Uveynat, Sincar, Rabiə və Mosul çəmənliyində də təhlükəsizlik qüvvələri yerləşib" qeyd edib.
Qeyd edək ki, əməliyyatlar nəticəsində peşmərgə 2014-cü ildəki sərhədlərinə geri qayıdıb.
Gülşən
Qaynarinfo.Az