İraq ordusu Sincara yerləşməsi barədə məlumat yayıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ötən günlərdə PKK-nın nəzarətində olan Sincarın terrorçular tərəfindən tərk edilməsi barədə xəbərlər yayılmışdı. Qərarın səbəbi kimi son məğlubiyyətlər göstərilirdi. Hazırda ərazidə həm İraq ordusu, həm də terror təşkilatı yerləşib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sincarı terrorçulardan təmizləmək barədə fikirlər səsləndirmişdi.
Gülşən