Xəbər lenti

İraq parlamenti İsraillə hər hansı əlaqəyə qadağa qoydu - Ömürlük həbs
Dünya05:31 27.05.2022

İraq parlamenti İsraillə hər hansı əlaqəyə qadağa qoydu - Ömürlük həbs

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cümə axşamı İraq parlamenti ölkənin İsraillə münasibətlərinin normallaşdırılmasını qadağan edən qanun qəbul edib.
Qaynarinfo bu barədə "Əlcəzirə" telekanalına istinadən xəbər verir.
Qanuna əsasən, İsraillə münasibətləri və İsraillə əməkdaşlığı normallaşdırmaq cəhdi cinayət hesab ediləcək. Bu qanunu pozan şəxslər və vəzifəlilər ömürlük azadlıqdan məhrum etmə və cəzalandırma da daxil olmaqla, sərt cəzaya məhkum edilə bilərlər.
Plan nüfuzlu şiə lideri Müqtəda əl-Sədrə bağlı partiyalar tərəfindən təklif edilib. Digər şiə partiyası "Əsahib əl-Həq"dən olan millət vəkill Həsən Səlim İraq xalqını küçələrə çıxaraq "bayram etməyə" çağırıb.
Bir çox şiə deputatlar İraq mediasına bildiriblər ki, qanun İraqdakı bəzi kürd və sünni qruplar və partiyaların İsraillə gizli əlaqələrinin qarşısını almaq üçün vacibdir. Səsvermədə İraq parlamentinin 329 millət vakilindən 275-i iştirak edib və onların hamısı bu layihəni dəstəkləyib.
M.Arif