
“İraq Şam İslam Dövləti”nin (İŞİD) terrorçuları tərəfindən ələ keçirilən Telafer qəsəbəsindən türkmənlərin kütləvi qətli barədə xəbərlər gəlir.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, İraq polisi İŞİD yaxınlaşarkən təcridxanadakı 60 türkməni öldürərək qaçıb. Bunu İraq Türkmən Cəbhəsinin Telafer üzrə məsul nümayəndəsi Hazım Dövlət açıqlayıb: “İŞİD gecə saat 02-də Telaferi ələ keçirdi. İraq polisi Telafer Polis Müdirliyinin təcridxanasında saxlanılan 60 türkməni öldürdü”.
H. Dövlət əksər şiə türkmənin Telaferi tərk etdiyini bildirib.
Qaynar.info