Xəbər lenti

İraq səfirliyinin xanım əməkdaşı Bakıda qəza törətdi
Ölkə09:00 23.07.2015

İraq səfirliyinin xanım əməkdaşı Bakıda qəza törətdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İraqın Azərbaycandakı səfirliyinin əməkdaşı Bakıda qəza törədib. 

"Report" xəbər verir ki, səfirlikdə mühasib vəzifəsində çalışan Xədicə Baukranın idarə etdiyi xidməti "Mitsubishi" markalı avtomobil Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Pərviz Əzizovun sürdüyü "BMW" markalı avtomobillə toqquşub.

Hadisə zamanı hər iki avtomobil əzilib, xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Qaynar.info