Xəbər lenti

İraqda 3 günlük matəm elan edildi
Dünya07:27 05.01.2020

İraqda 3 günlük matəm elan edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İraqda 3 günlük matəm elan edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə İraqın baş naziri Adil Abdulmehdi qərar imzalayıb.
"Silahlı Qüvvələrin Ali Baş Komandanı və baş nazir Adil Abdulmehdi şəhidlər üçün bu gündən etibarən 3 günlük matəm elan etdi" deyə Nazirlər Kabinetindən verilən açıqlamada bildirilir.
Qeyd edək ki, ABŞ hərbi qüvvələrinin yanvarın 3-də Bağdad hava limanına endirdiyi hava zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) "Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymani və İraqdakı şiə milislərinin - "Haşdi Şabi"nin komandan köməkçisi Əbu Mehdi əl-Mühendis də daxil olmaqla 10 nəfər həlak olub. Ölənlərdən 5-i İraq vətəndaşıdır.