İraqda keçirilən parlament seçkilərinin qalibi Müqtəda Əl Sədrin rəhbərlik etdiyi koalisiya olub.
Qaynarinfo Aljazeera-yə istinadən xəbər verir ki, Şiə lider Sədrin "Sayron" koalisiyası liderliyi ələ keçirib. İraqın 18 əyalətindən 16-sında, yəni 91% səs artıq sayılıb. Hadi Əl Əmirinin rəhbərlik etdiyi və İranın dəstək verdiyi koalisiya olan "Fəth" 2-ci sırada qərarlaşıb. Sonuncu baş nazir Heydər Əl İbadinin "Nəsr" koalisiyası isə 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Sədrin "Sadirtst" Hərəkatı və İraq Kommunist Partiyası ilə yaratdığı "Sayron" koalisiyası 1,3 milyon səs əldə edib və parlamentdəki 329 yerdən 54-ünə sahib çıxıb.
Seçkilərin nəticəsi gözlənilməz hesab edilir. Seçkilərdə Heydər Əl İbadinin liderliyini proqnozlaşdırırdı.
Müqtəda Əl Sədr İrana yaxın Nuri Əl Maliki və türkmən Həşd Əl Şabininin qurulacaq hökümətdə iştirak etməməsi üçün çalışacağını dilə gətirib.
Gülşən