Xəbər lenti

İraqda iki partlayış nəticəsində 33 nəfər ölüb
Dünya15:12 01.05.2016

İraqda iki partlayış nəticəsində 33 nəfər ölüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün İraqın cənubunda yerləşən Əs-Səməva şəhərində baş verən iki partlayış nəticəsində ən azı 33 nəfər həyatını itirib.
"Report" xəbər verir ki, bu barədə "Franc Press" məlumat yayıb.
Məlumata görə, şəhərdə iki minalanmış avtomobil partladılıb. Onlardan biri bələdiyyə şurası binasının qarşısında, digəri isə avtobus dayanacağı yaxınlığında dayanmış olub.
Hələ ki, heç bir terror təşkilatı partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.
Qaynarinfo.az