Xəbər lenti

İraqda İŞİD-in 700 silahlısı məhv edilib
Dünya17:21 28.08.2016

İraqda İŞİD-in 700 silahlısı məhv edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əməliyyat zamanı terror qruplaşmasına böyük maddi ziyan dəyib. İraqın şimalında İŞİD terror qruplaşmasının 700 silahlısı məhv edilib.
Terrorçular İraqın Neynəva vilayətinin Əl-Qayara şəhərinin azad edilməsi zamanı məhv ediliblər. Əməliyyat zamanı həmçinin terror qruplaşmasına böyük maddi ziyan dəyib.
İraq ordusunun Mosul şəhərində əməliyyatlar üzrə komandanı, polkovnik Əmir əl-Cuburi bildirib ki, İŞİD özü də bu itkiləri təsdiqləyib.
Əl-Cuburi qeyd edib ki, Əl-Qayaranın azad olunması ilə terror təşkilatı böyük maliyyə itkiləri ilə üzləşib. "Şəhər neftlə zəngindir və İŞİD üçün ticarət mərkəzi rolunu oynayırdı", - deyə o əlavə edib.
Bir zamanlar əhalisinin sayı 80 min nəfər təşkil edən Əl-Qayara İŞİD tərəfindən işğal olunduqdan sonra şəhər sakinlərinin sayı xeyli azalıb.(oxu.az)
Qaynarinfo.Az