İraqda davam edən etiraz aksiyaları üç gün ərzində 74 nəfərin həyatına son qoyub.
Qaynarinfo xəbər verir ki, Bağdad və digər vilayətləri əhatə edən aksiyalarda 77 nəfər xəsarət alıb. Bu ay ərzində nümayişlərdə ölənlərin sayı 231 nəfərə çatıb.
Qeyd edək ki, İraq əhalisi işsizlik, kasıblıq, korrupsiya, dövlət xidmətlərinin pis vəziyyətdə olmasından narazıdır. Paytaxt Bağdadda nümayişçilər şəhər rəsmilərinin istefasını tələb edir.
Gülşən