İraqda dünən keçirilən parlament seçkilərinin ilkin nəticəsinə görə baş nazir Heydər Əl İbadinin liderlik etdiyi Nasir Koalisiyası öndədir.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, koalisiya sözçüsü Hüseyn Adili bu barədə məlumat verib. Yekun nəticə isə axşam saatlarında açıqlana bilər.
24 milyon seçicinin olduğu İraqda seçkidə iştirak səviyyəsi 44% olmuşdu. Bu, ötən il İŞİD terror təşkilatı üzərində əldə edilən qələbədən sonra ölkədə keçirilən ilk parlament seçkiləri idi.
Gülşən