
İraqın Nəsiriyyə bölgəsində yerləşən restoranda terror aktı törədilib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, bir nəfər terrorçu restoranda özünü partladıb, digərləri isə insanlara atəş açıb. Hadisə nəticəsində azı 50 nəfər dünyasını dəyişib, azı 80 nəfər isə xəstəxanalara yerləşdirilib. Ölənlərin sayının artacağı təxmin edilir. Dünyasını dəyişənlərdən 4-ü İran vətəndaşıdır.
Qeyd edək ki, terakt İŞİD terror qrupu tərəfindən törədilib.
Gülşən
Qaynarinfo.Az