Xəbər lenti

İraqda "Real Madrid" fanatlarına silahlı hücum
Dünya20:41 29.05.2016

İraqda "Real Madrid" fanatlarına silahlı hücum

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hadisə UEFA Çempionlar Liqasının final matçının yayımlandığı vaxt baş verib.
İraqın paytaxtı Bağdaddan 60 km məsafədə yerləşən Baakuba şəhərində silahlı hücüm nəticəsində “Real” (Madrid) futbol klubunun 12 azarkeşi öldürülüb. ANS PRESS-in məlumatına görə, bu barədə İspaniyanın AS idman qəzeti məlumat yayıb. İnsident  "Real Madrid" azarkeşlərinin toplaşdıqları  mərkəzdə UEFA Çempionlar Liqasının final matçının yayımlandığı vaxt baş verib.
Mərkəzə daxil olan 4 silahlı şəxs  çempionlar liqasını izləyən azarkeşləri atəşə tutub . Silahlılar 12 nəfəri öldürərək hadisə yerindən qaçıblar. Terror aktının İŞİD terror qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.
Anoloji hadisə mayın 13-də baş verib. "Real Madrid"in İraqda yerləşən mərkəzlərindən birinə silahlı hücum edilib. İŞİD terror qruplaşması tərəfindən törədildiyi deyilən hadisə nəticəsində 16 nəfər həlak olub, 20 nəfər yaralanıb. Qanlı hadisə Bağdaddan 125 kilometr məsafədə Samarra şəhərində yerləşən mərkəzdə baş verib.
Qaynarinfo.az