Xəbər lenti

İraqda quraqlıq 3400 illik qədim şəhəri ortaya çıxardı
Dünya07:43 08.06.2022

İraqda quraqlıq 3400 illik qədim şəhəri ortaya çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ilin əvvəlində aylarla davam edən həddindən artıq quraqlıqdan sonra İraqdakı su anbarından 3400 illik şəhərin qalıqları ortaya çıxıb.
Qaynarinfo "Euronews” saytına istinadla xəbər verir ki, alman və kürd arxeoloqları suyun səviyyəsinin sürətlə aşağı düşməsi nəticəsində Mittani İmperiyasınln qədim yaşayış məskəninin qalıqlarını aşkar ediblər.
Onun bir vaxtlar Dəclə çayının sahilində yerləşən və təxminən eramızdan əvvəl 1550-ci ildən 1350-ci ilə qədər davam edən Mittani İmperatorluğunun mühüm mərkəzi olan Zakhiku şəhəri olduğu düşünülür.
Tədqiqatçılar günəşdə qurudulmuş çiy kərpicdən hazırlanmış yaxşı vəziyyətdə qalmış divarları aşkar edəndə şoka düşüblər. Bunların bəziləri Mosul bəndi tikiləndən və su anbarı yaradılandan bəri 40 il su altında qalıb.
Onlar bu qənatə gəliblər ki, 1350-ci ildə baş vermiş zəlzələ nəticəsində şəhərin divarlarının yuxarı hissələri üçüb və binalar tamamilə uçqun altında qalıb deyə onlar belə yaxşı vəziyyətdə qalıb.
Həddindən artıq istilər İrağın cənubunda aylardır davam edən quraqlığa səbəb olub. Yağışların olmaması və resursların zəif idarə olunması bölgədəki icmaları su problemi ilə üzə-üzə qoyub.
Nurlan Hüseynov