İraqın Kərkük şəhərində terror aktı törədilib.
Qaynarinfo Anadolu Agentliyinə istinadən xəbər verir ki, parlament seçkilərinin keçirildiyi İraqda İŞİD terrorçuları nəzarət nöqtələrinə hücum təşkil edib. Nəticədə 2 polis, türkmən silahlı qrupu olan Həşdi Əl Şabinin 4 döyüşçüsü qətlə yetirilib, 3 döyüşçü isə yaralanıb.
Qeyd edək ki, İraq ölkənin ötən il İŞİD terrorçularından təmizlənməsindən sonra ilk parlament seçkilərini həyata keçirir.
Gülşən