İraqda sel fəlakətinin qurbanlarının sayı artır.
Qaynarinfo xəbər verir ki, bu barədə səhiyyə nazirliyinin sözçüsü Seyf Əl Bədr məlumat verib. 2 gün davam edən güclü yağışlardan sonra yaranan sel nəticəsində 16 nəfərin ölümü təsdiqlənib.
Qeyri-sabit hava şəraiti bu gün də ölkənin bir çox vilayətində davam edəcək.
Gülşən