Xəbər lenti

İraqın Ali Məhkəmə Şurasının binası qarşısında Sədrin oturaq aksiyası başladı
Dünya08:07 23.08.2022

İraqın Ali Məhkəmə Şurasının binası qarşısında Sədrin oturaq aksiyası başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İraqın Sədr hərəkatının lideri Müqtəda Sədrin minlərlə tərəfdarı Bağdadda Ali Məhkəmə Şurasının binası qarşısına toplaşaraq oturaq aksiyaya başlayıb.
Qaynarinfo bu barədə "Aliraqnews" saytına istinadən xəbər verir.
Etirazçılar İraqın Ali Məhkəmə Şurasının binası qarşısında çadır quraraq, şüarlar səsləndirməklə bu məhkəmə orqanının siyasi məsələlərdə yanaşmasına öz etirazlarını nümayiş etdiriblər.
Son günlər Müqtəda Sədr öz çıxışlarında bu məhkəmə institutunun "siyasiləşməsinə və müstəqil olmamasına” etiraz edib.
Sədrin tərəfdarları İraqın ali məhkəmə orqanından parlamentin buraxılmasını və yeni seçkilərin keçirilməsini istəyir, lakin qurum rəhbərləri belə bir işə ixtiyarları olmadığını bildirir. Digər tərəfdən, Ali Məhkəmə Şurasının rəhbəri Faiq Zidan Sədrin iddiasını rədd edərək, qurumun tam müstəqilliyini vurğulayıb və bütün İraq siyasi qruplarına münasibətdə tərəfsizliklərini bildirib.
M.Arif