İraqın baş naziri Mustafa əl-Kazımi Səudiyyə Ərəbistanı ilə İran arasında danışıqları yenidən aktivləşdirmək məqsədi ilə şənbə günü Ciddəyə gedib və İraq mənbələrinin (Midel east online) məlumatına görə, o, bu gün (26 iyun) Tehrana gedəcək.
Qaynarinfo bu barədə Indipendent-in fars bölməsinə istinadən xəbər
verir.
İran-Səudiyyə dialoq prosesindən xəbərdar olan və məlumatın yayılmasına icazə verilmədiyi üçün adının açıqlanmasını istəməyən iraqlı rəsmi AP agentliyinə bu barədə deyib:
"Bu səfər iki regional düşmən arasında dialoq üçün yeni yollar açmaq cəhdidir".
Vurğulanır ki, bu, Əl-Kazıminin 2020-ci ilin mayında vəzifəyə gəldikdən sonra Səudiyyə Ərəbistanına ikinci səfəridir.
İki ölkə arasında illərdir davam edən gərginliyi azaltmaq məqsədi ilə İran və Səudiyyə Ərəbistanı arasında danışıqlar 2021-ci ildə İraqın paytaxtında başlayıb.
Səudiyyə Ərəbistanı Yəməndə İranın dəstəklədiyi Husi üsyançıları ilə müharibəni bitirmək üçün yol axtarır.
M.Arif
Şərhlər