Dünya 11:27 23.07.2022

İraqın şimalında türk hərbi bazasına hücum oldu - Şiələr öz boynuna götürdü

İraq Kürdüstanı bölgəsinin terrorla mübarizə bölmələri bildirirlər ki, bu gecə Neynəva əyalətindəki Türkiyə hərbi bazası raket hücumu ilə hədəfə alınıb.

Qaynarinfo bu barədə BBC-yə istinadən xəbər verir.

Bu birləşmələrin öz Facebook səhifəsində dərc etdikləri açıqlamaya görə, Türkiyə ordusunun Bəşiqə şəhəri yaxınlığındakı düşərgəsinə 3 raket atılıb, lakin can və mal itkisi olmayıb. Bu hücuma görə məsuliyyəti daha az tanınan "Əhrar İraq Briqadası” adlı şiə silahlı qruplaşması öz üzərinə götürüb.

Təsdiq olunarsa, bu, son 24 saat ərzində Şimali İraqdakı türk hərbi bazalarına ikinci hücumdur. Bundan əvvəl "Olia Dem Batalyonları” adlı başqa bir qrup Duhuk əyalətindəki Bamarnidəki türk hərbi bazasına pilotsuz təyyarə ilə hücumu öz üzərinə götürmüşdü. Bu qrup sosial şəbəkələrdə həmin iki pilotsuz təyyarənin videosunu da yayımlamışdı.

M.Arif