İraqın yeni baş naziri Adil Əbdülmehdinin andiçmə mərasimi keçirilib.
Qaynarinfo xəbər verir ki, baş nazirlə birlikdə parlamentdən təsdiq alan 14 nazir də and içib. Təyin edilməyən nazirlərlə bağlı parlament iclası 6 noyabrda keçiriləcək.
Qeyd edək ki, İraq prezidenti Bərham Salih 2 oktaybrda Şiə siyasətçisi Adil Əbdülmehdiyə höküməti qurmaq vəzifəsini tapşırmışdı.
Gülşən