Xəbər lenti

İrəvandan Ankaraya təklif: Türkiyə hələ tələsmir... - Ermənistan XİN
Dünya08:24 15.04.2022

İrəvandan Ankaraya təklif: Türkiyə hələ tələsmir... - Ermənistan XİN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Erməni tərəfi ilk mərhələdə Türkiyəyə diplomatik pasportu olan şəxslər üçün quru sərhədinin açılmasını təklif edib. 
Qaynarinfo xəbər verir ki, bunu "Armenpress” agentliyinə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan Türkiyə XİN rəhbərinin cəsarətli addımların atılmasının zəruriliyi ilə bağlı bəyanatını şərh edərkən deyib.
"Ermənistan tərəfi cəsarətli addımların atılmasının zəruriliyi ilə tam razıdır. Biz dəfələrlə irəliləməyə, o cümlədən xarici işlər nazirinin Antalya diplomatik forumunda iştirakı, iqtisadi embarqonun aradan qaldırılması məsələlərində hazır olduğumuzu nümayiş etdirmişik.
Ermənistanla Türkiyə arasında uçuşların bərpası da mühüm ikitərəfli addım olub. Biz hesab edirik ki, irəliyə doğru yeganə yol ardıcıl, aydın addımlardan keçir. Məsələn, biz Türkiyə tərəfinə ilk mərhələdə diplomatik pasportu olan şəxslər üçün quru sərhədinin açılmasını təklif etmişdik, lakin Türkiyə tərəfi hələ də bunu gecikdirir. Düşünürük ki, bu, kiçik, lakin konkret, ən əsası isə məntiqi addım olacaq”, - Vahan Hunanyan bildirib.
O, həmçinin qeyd edib ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin münasibətlərin normallaşdırılması üzrə növbəti görüşü Vyanada baş tuta bilər.
"Tərəflər növbəti görüşün Vyanada keçirilə biləcəyi ilə bağlı ilkin razılığa gəliblər. Görüşün yeri və tarixləri təsdiqləndikdən sonra bu barədə ictimaiyyətə məlumat verəcəyik", - o deyib.
Türkiyənin xarici işlər naziri Çavuşoğlunun Ermənistan və Türkiyədə xüsusi nümayəndələrin görüşləri keçirmək istəyi ilə bağlı bəyanatını şərh edən Hunanyan bildirib ki, belə bir təklif Ankaranın fikrincə, prosesin ikitərəfli xarakter daşıdığından xəbər verir.
"Bu aspektdə Türkiyə təmsilçilərinin az qala hər həftə Azərbaycanla koordinasiyada prosesi irəli sürdükləri barədə bəyanatlar verməməsi məntiqli olardı”, - Hunanyan bildirib.
Xatırladaq ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələri - Ruben Rubinyan və Sərdar Kılıçın birinci görüşü yanvarın 14-də Moskvada, ikinci görüşü isə fevralın 24-də Vyanada baş tutub. Diplomatlar təsdiqləyiblər ki, danışıqların yekun məqsədi iki ölkə arasında münasibətlərin tam normallaşmasıdır.
Bu arada Ermənistan müxalifəti də İrəvan və Ankara münasibətləri ilə bağlı yeni təşəbbüslə çıxış edib.
"Hayastan” müxalifət fraksiyası"Ermənistan-Türkiyə münasibətlərinin konseptual müddəaları haqqında” yeni təşəbbüs irəli msürüb. Spiker qismində fraksiya deputatı Armen Rüstəmyan çıxış edib. Bu barədə cümə günü "Joqovurd” qəzeti yazıb.
Qəzetin yazdığına görə, müxalifət fraksiyası parlamentin ikitərəfli münasibətlərin normallaşmasında iştirakını vacib sayır. Xüsusilə, layihədə hər hansı güzəştləri istisna edən və ermənilərin kollektiv iradəsini ifadə edən sənədlərlə təsbit edilmiş siyasi və hüquqi niyyətləri rəhbər tutmaq zərurətindən bəhs edilir.
Parlament müxalifəti hesab edir ki, Ermənistanla Türkiyə arasında münasibətlərin qurulması nə birbaşa, nə də dolayısı ilə Azərbaycanın tələblərinə cavab verməməlidir.
Alpər