Xəbər lenti

İrəvan meri istefaya göndərildi
Dünya12:47 22.12.2021

İrəvan meri istefaya göndərildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın paytaxtı İrəvanın meri Ayk Marutyan vəzifəsindən kənarlaşdırılıb.
Qaynarinfo "Sputnik Armeniya”ya istinadən bildirir ki, qərarı İrəvan Ağsaqqallar Şurası çıxarıb.
Şurada keçirilən səsvermə nəticəsində Qraçya Sarkisyan paytaxtın mer əvəzi seçilib. O, indiyədək merin birinci müavini işləyib.
Qeyd edək ki, H.Marutyan daha əvvəl vida çıxışında qalmaqallı açıqlamalar verib. O, xüsusən də "yuxarı”dan gələn zənglərdən, Ağsaqqallar Şurası üzvlərinin təxribat törətməsindən danışıb, Milli Məclisin spikeri Alen Simonyana yeni avtomobil alınmasını və şəhər administrasiyasındakı bir çox başqa problemləri tənqid edib. "Mənim addımım” fraksiyasının rəhbəri Armen Qalcyan onun çıxışını siyasi iddia kimi qiymətləndirib.