İrəvan polisi Azərbaycan nümayəndə heyətinin İrəvana səfərinə etiraz olaraq keçirilən aksiyanın ondan çox iştirakçısını saxlayıb.
Qaynarinfo bu barədə Sputnik ermənistan-a istinadla xəbər verir.
"Polis Azərbaycan nümayəndə heyətinin səfərinə qarşı bizim aksiyamızın qarşısını alıb, ondan çox adam polisə aparılıb”, - "Daşnaksütyun” Gənclər birliyinin məlumatda deyilir.
Mitinq paytaxtın mərkəzində yerləşən "Armenia Marriott” otelinin qarşısında keçirilib.
Qeyd edək ki, Azərbaycan Avronest nümayəndələrinin Ermənistana gəlişi ilə bağlı etiraz aksiyaları ikinci gündür ki, davam edir.
Avronest Parlament Assambleyası Aİ Şərq Tərəfdaşlığı (Ukrayna, Belarus, Moldova, Ermənistan, Gürcüstan, Azərbaycan) və Avropa Parlamentindən olan deputatları birləşdirir.
Alpər