Xəbər lenti

“İrəvana hücum çoxdan gözlənilirdi” - Rus politoloq
Dünya17:10 24.06.2015

“İrəvana hücum çoxdan gözlənilirdi” - Rus politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Ermənistanda güclü müxalifət var və onlar çoxdan buna hazırlaşırdılar”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Kremlə yaxınlığı ilə seçilən rusiyalı politoloq Sergey Markov çıxış edib.
Onun sözlərinə görə, Ermənistanda baş verənlər onun Avrasiya İttifaqına doğru getməsilə əlaqədardır:
“Ermənistanda vəziyyət elektrik enerjisinin qiymətinin artırılmasına görə gərginləşib. Lakin bu bəhanədir. Əsas səbəb müxalifətin rəngli inqilab yoluyla hakimiyyəti tutmaq istəməsidir. Ermənistanda güclü müxalifət var və onlar çoxdan buna hazırlaşırdılar. Nümayişçilərdə Avropa Birliyinin, hətta Sağ Sektorun çoxlu bayrağı var. Hazırlanmış onlarla döyüşçü polisin yaratdığı zəncirləri qırırlar. Əgər Ermənistanda hakimiyyəti zorla ələ keçirmək istənilsə, o zaman hökumət buna cavab verəcək. Çünki İrəvanda Yanukoviçin taleyini xatırlayırlar. İrəvana bu hücum gözlənilirdi. Yəqin ki, burada Ukraynadan olan siyasi texnoloqlar da var. Məhz həmin şəxslər Maydanı yönləndirirdilər. Hələlik bunlar görünmür, amma tezliklə bu faktlar peyda olacaq”. 

Qaynar.info