Xəbər lenti

İrəvanda daha bir polis əməkdaşı öldürüldü
Dünya20:06 30.07.2016

İrəvanda daha bir polis əməkdaşı öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrup yenidən asayiş keşikçilərinə atəş açıb.

Bu barədə Ermənistan Polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib. 

Atışma nəticəsində 1986-cı il təvəllüdlü polis əməkdaşı Yura Tepanosyan ölüb. Məlumata görə, o, silahlı qrupun mövqe tutduğu polis binasından 350-400 metr aralıda xidməti avtomobildə olarkən güllə yarası alıb və hadisə yerində ölüb.

Qeyd edək ki, iyulun 17-dən polis alayının binasını nəzarətdə saxlayan silahlı qrupun qətlə yetirdiyi ikinci polis əməkdaşıdır. //apa

Qaynarifo.Az