Xəbər lenti

İrəvanda etiraz aksiyası...
Dünya10:52 13.08.2014

İrəvanda etiraz aksiyası...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanda Aqrar universitetin binası qarşısında aksiya keçirilir.

ANS PRESS-in məlumatına görə, universitetin tələbə və müəllimləri köhnə universitet laboratoriyasının ərazisində "Orinas Yerkir" partiyası tərəfindən başlanmış tikintiyə etiraz edirlər.

Partiyanın üzvləri isə bildirirlər ki, tikintiyə icazəni hələ 2008-ci ildə alıblar. Fraksiyanın üzvü Ovannes Marqaryan hətta iştirakçılara səhər meriyası tərəfindən 2008-ci ildə verilən qərarı da göstərməyə çalışıb. O həmçinin məlumat verib ki, bu barədə universitetin rəhbərliyinə məlumat verilib. Ancaq aksiya iştirakçıları deputatın sözlərinə inanmayıblar.

"Orinas Erkir" partiyasının sədri Eqine Bişaryan isə aksiya iştirakçıları barəsində dələduzluq üzrə cinayət işi qaldırılacağını bildirib. 

O, qeyd edib ki, aksiyaçılar tikinti gedən sahənin çəpərini dağıdıblar: "Harada görünüb ki, Aqrar universitet paytaxtın ürəyində olsun, bu qəbuledilməzdir. Universitet paytaxt kənarındakı ərazilərdə yerləşdirilməlidir. Biz bunu tələb edəcəyik",-deyə partiya sədri söyləyib.

Qaynar.info