Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətindən narazı olan müxalifət fəalları prezident Vaaqn Xaçaturyanın İrəvanın mərkəzində yerləşən iqamətgahının girişini bağlayıb.
Qaynarinfo bu barədə "İnterfaks”a istinadla xəbər
verir.
Bundan əvvəl etirazçılar Xarici İşlər Nazirliyinin binasına girişi bağlayıblar.
Nümayişçilərə Ermənistan parlamentinin müxalifət fraksiyalarından olan deputatları, parlamentin vitse-spikeri İşxan Saqatelyan başçılıq edir. Onlar İrəvanın Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyinin aydınlaşdırılmasını tələb edirlər.
Ermənistan xarici işlər nazirinin müavini, Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın üzvü Mnatsakan Səfəryanla görüşdə deputatlar ondan Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmayacağını bəyan etməyi tələb ediblər. Diplomat cavabında İrəvanın "Dağlıq Qarabağ” əhalisinin hüquqları və təhlükəsizliyi ilə bağlı rəsmi bəyanatlarına istinad edib. "Eyni şeyi yüz dəfə təkrar etsəniz, yenə heç nə dəyişməyəcək", - Səfəryan bildirib.
Bu arada ABŞ Ermənistana Azərbaycanla sərhədlərin demilitarizasiyası və demarkasiyasına kömək etməyi təklif edib. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken hər iki ölkənin uzunmüddətli hərtərəfli sülhə nail olmalı olduğunu vurğulayıb.
Alpər