Xəbər lenti

İrəvanda etirazçılar və polis arasında toqquşma: qumbaralardan istifadə edildi
Dünya19:21 29.07.2016

İrəvanda etirazçılar və polis arasında toqquşma: qumbaralardan istifadə edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İrəvanda etirazçılar və polis arasında toqquşmalar baş verib. Polislər səsli qumbaralardan istifadə ediblər.
Artıq şəhərdə nümayişçilərin kütləvi həbsləri başlanıb. “İnterfaks” agentliyinin məlumatına görə, polislər vaxtaşırı səsli qumbaralardan istifadə edirlər.
Qeyd edək ki, Yerevanda etiraz aksiyası keçirilir. Etiraz aksiyasının iştirakçıları polis binasını ələ keçirən silahlı qrupu dəstəkləyirlər.
Qeyd edək ki, iyulun 17-dən bir qrup silahlı şəxs Yerevan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb. (Trend)
Qaynarinfo.Az