Bu gün İrəvanda hökümət əleyhinə qadınların yürüşü başlayıb.
Qaynarinfo xəbər verir ki, yürüşdə 44 günlük müharibədə ölənlərin valideynləri və yaxınları da iştirak edir.
Qadınların yürüşü İrəvandakı Fransız meydanından başlayıb. Qeyd edək ki, birinci sırada müxalifətçi qadınlar gedir.
Onları müşayiət edən polislərin əksəriyyəti də qadınlardır. Bu, yəqin ki, son günlər sosial şəbəkələrdə artan səs-küydən qaynaqlanır. Məsələ burasındadır ki, kişi polislərin qadın etirazçıları həbs edərkən bəzən nalayiq hərəkətlər etdiyi iddia edilən videolar yayılıb.
Yürüş iştirakçılarının bəziləri uşaqlarını da gətirib. Bundan əlavə, 44 günlük müharibədə ölənlərin valideynləri və yaxınları da oğullarının fotoşəkilləri olan köynəklərlə yürüşdə iştirak edirlər.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı bəyanatından sonra Ermənistanda etiraz dalğası səngimək bilmir.
Aprelin 22-də Parlamentin vitse-spikeri, "Ermənistan” fraksiyasının üzvü İşxan Sağatelyan baş nazir Nikol Paşinyanın və onun komandasının hakimiyyətdən uzaqlaşdırılması üçün küçə mübarizəsinə başladığını elan edib.
Mayın 1-də İrəvanda Fransa meydanında müxalifətin minlərlə mitinqi başlayıb. İştirakçılar çadırlar və barrikadalar qurub, İşxan Sağatelyan mayın 2-dən küçələri bağlayaraq itaətsizlik aksiyalarının başlayacağını bildirib.
Mayın 2-dən etibarən İrəvanda hər gün itaətsizlik aksiyaları, yürüşlər və mitinqlər davam edir.
Telman